Əhali sayı ilə bağlı statistika oxucular üçün çox maraqlı olur. “Ədəbiyyat və incəsənət” Açıq portfeldə sizə çox maraqlı statistika təqdim edir.
2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il fevral ayının 1-i vəziyyətinə 10 milyon 131 min 373 (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla) nəfər təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Əhalinin 54,6 faizi şəhər, 45,4 faizi kənd sakinlərindən, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardan ibarətdir.
Bu ilin yanvarında Azərbaycanda 9 min 935 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci ilin müvafiq ayı ilə müqayisədə 11,9-dan 11,5-ə enib.
Qeyd edək ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,5, qız uşaqlarının xüsusi çəkisi isə 46,5 faiz olub.
Körpələrin 296-sı əkiz, 30-u isə üçəm doğulanlardır.
Yanvar ayı ərzində ölkədə 5 min 810 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 2022-ci ilin müvafiq ayı ilə müqayisədə 7-dən 6,8-ə qədər azalıb.
“Ədəbiyyat və incəsənət”
(17.03.2023)