Açıq portfel: xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 21,9 faiz artıb

2022-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 21,9 faiz artaraq 109,3 min nəfər olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,6 dəfə, Türkiyəyə gedənlərin sayı 18,4 faiz, İrana gedənlərin sayı 13,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,7 faiz artıb. Ölkə vətəndaşlarının 38,2 faizi Türkiyəyə, 21,7 faizi Rusiya Federasiyasına, 10,5 faizi Gürcüstana, 9,0 faizi İrana, 20,6 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,2 faizini kişilər, 30,8 faizini qadınlar təşkil edib.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.