Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
İnsan nəyə inanırsa, zamanla ona çevrilir. Olduğun və olmaq istədiyin yer arasında sadəcə bir boşluq var. Bu boşluğu doldurmaq üçün istə, hərəkətə keç və əldə et. Hərəkətə keçdiyin an bu boşluq daralmağa başlayır. Hər şey səndə başlayır və bitir.
Heç vaxt davam etməkdən qorxma. Düşdünmü? Yenə qalx. Sına, sın, yenə sına. Sınamaqdan vaz keçmə. Olacaq şeylər zatən olur.Həyatında hər nə olur-olsun — yaxşı ya da pis — onların hansının sənə şans gətirəcəyini bilə bilməzsən. İnsan təcrübələrdən öyrənər. Ona görə də yaşadıqların üçün, keçmiş şeylər üçün heç zaman heyifsilənmə.Biz çox zaman nəticəyə baxırıq — uğura. Unuduruq ki, hər uğurlu insanın arxasında bir o qədər uğursuzluq var. Yıxıldıqları yerdən təkrar qalxa biləcək cəsarətə sahib olduqları üçün qələbəyə nail olmuşlar. Düşməkdən, itirməkdən, sınamaqdan heç zaman qorxma. Həyat sonsuz bir məkan deyil. Biz də sonsuz varlıqlar deyilik. Hər şeyin sonu olduğu kimi, qorxularının da sonu olacaq.İndi yaşamasan da, nə vaxtsa yaşayacaqsan. O zaman hər şey daha çətin və ağır olacaq. Bir gün keçmişə dönüb baxanda “kaş ki”lərin içində boğulmamaq üçün bu gün bir şeylər etməlisən. Sən addım atdıqca yollar yaranacaq. Və bir gün keçmişə dönüb baxanda “yaxşı ki” deyəcəksən.Şükranlıq ən güclü duadır. Hər an üçün şükür etməyi bacar.
Daha yaxşısı üçün çalış. İnan ki, ən sonda sənə uyğun yolu tapacaqsan. Çünki həyat sənə yox, sən həyatına yön verirsən.
“Ədəbiyyat və incəsənət”
(22.04.2025)