Əbilin gündəliyindən növbəti paylaşım

“Ədəbiyyat və incəsənət” portalı dünyadan nakam köçmüş Əbil Əbilovun gündəliyindən paylaşımları davam etdirir. 

Yazıları mərhum gəncin atası Etibar Əbilov təqdim edir. 

 

8 sentyabr, 2006.

Yunis divanından bəzi şeirlər oxydum. Hafiz Şiraziyə göz atdım. Füzulinin qəzəllərindən bəzi qeydlər etdim.

Və bir də bu günlərdə Mevlana haqda kitab yazmaq fikrimi bir qədər də qətiləşdirdim. Demək olar ki, bütün faktlar varımdı. İnsan nə qədər çox oxuyursa, elə bilir ki,o qədər az  bilir. Bu da bizi təkrar elmə sövq edir. Zatən Qurani- Kərimi oxuyub sona çatanda ilk enən surənin 5 ayəsi "Oxu" demirmi? 

Dön yenidən oxu. Yenidən oxu ki, qəbr evinə qədər elm yolunda olasan. Elə biz hamımız beşikdən qəbrə  qədər yenidən "Oxu" əmrinin altındayıq. Bir əlifba sona qədər oxunur. Bu əlifbanın  "A"sı  uşaq ikən şəkillərinə baxıb bizim üçün uşaq təxəyyülündən başqa bir şey olmaz kitabda ,"Z" isə sonuncu kəz gözümüzü ətrafa gəzdirib, əbədilik yumduğumuz həyat kitabıdı.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.