REDAKSİYANIN POÇTUNDAN – Tehrandan Dr. Hüseyn Şərqidərəcək (Soytürk) soyadlarının mənşəyi barədə yazır Featured

Tehranda nəşr olunan «Xudafərin» dərgisinin təsisçisi və baş redaktoru Dr. Hüseyn  Şərqidərəcəkin (Soytürk) redaksiyamıza ünvanladığı məktubunda “Adımız-soyadımız” yazısı yer alır. Yazı soyadlarından bəhs edir. Hansını işlətmək düzgündür, hansını yox?

Düşünürük ki, yazı marağınıza səbəb olacaq.

 

 

ADIMIZ – SOYADIMIZ

 

İnsanoğlu şüurlu həyata başladığı gündən bəri həmişə ad-san qazanmağa çalışmışdı. Bu üzdən də insanlar arasında fərqliliklər ortaya çıxmışdır. İnsanlar arasında öncə yer-yurd, sonra isə tayfa adları yaranmağa başlamışdır. İş bölgüsü ortaya çıxdıqda bu səbəbdən bir çox titullar əmələ gəlmişdir. Siyasi quruluşların yaranmışı ilə bir çox adlar, o cümlədən «xan», «xanım», «bəy», «xaqan», «əmir», «seyid», «şah» və s. yaranmışdır. İnanc və dini düşüncələr əsasında da xeyli adlar və soyadlar ortaya çıxmışdır. Demək olar ki, günümüzdə də hələ bu türlü adlar ən yayqın adlar hesab edilir.

Sevgi və məhəbbətin ortaya çıxardığı bir çox isimlər də vardır. Bunlardan əlavə texnologiyanın da özü ilə gətirdiyi ad və adlandırmalar vardır. Bu dediklərimiz adların ortaya çıxmasında önəmli amil hesab edirsə də tam da ad və adqoyulmanın fəlsəfəsini əhatə etmir. İnsanoğlu hər zaman kim olduğunun və yaxud hardan gəldiyinin və nə olduğunun axtarışında olmuşdur. Bu əlavəyə uyğun müxtəlif dillərdə çeşidli terminlər yaradılmışdır ki, bu terminlər Qərbdə familiya, Şərqdə ailə adı və s. kimi səslənmişdir. Biz türklərdə isə bu əlavəyə soyadı deyilmişdir. Əsas məsələ də buradan irəli gəlmişdir. Bunu ifadə etmək üçün adlara çeşidli əlavələr edilmişdir: «zadə», «pür», «li», «qızı», «oğlu», «çı», «çi», «çu», «ov», «ova», «yeva», «gil» və s.

Bu kimi ifadələri familiya, soyad, ailəvi ad, kökə bağlı terminlər kimi işlətmişlər. Hal-hazırda bu önəmli kimlik göstəricisi  türklər arasında soyadı göstəricisi kimi istifadə olunmaqdadı.

Soyadı bağlarını təxminən belə izah etmək mümkündür:

Zadə – bu söz türk ruhuna və ədəbiyyatına zidd bir soyad əlavəsidir. Ona görə ki, onun yaranma səbəbləri bizim mentalitetimizə ziddir. «Zadə» doğulmuş deməkdir. Halbuki insan atadan doğulmur. Ona görə bu soyad kökündən yanlış olmaqla bərabər, həm də yanlış bir soyun göstəricisi idi. Bu istilah zərdüştlərdən qalmadı və qədim farsların həyat tərzi ilə əlaqədardır. Farslarla ailədaxili evlənmələr yayqın olduğundan belə bir soyaddan istifadə edilmişdir.  Halbuki, tüklərdə heç zaman ailədaxili izdivaclar (bacı və qardaş kimi yaxınlar) olmamışdır. Xüsusilə də islamı qəbul etdikdən sonra haram məsələsi çox önəm daşıdığından «zadə» kimi soyadları tamamilə yanlış və uyğunsuz hesab edilmişdir. Onun yerinə taxma hesab edilmişdir. Onun yerinə taxma adlar və ləqəblər yayqın hal almışdır.

«Zadə» sözü qədim farsların həyat tərzinə uyğun olaraq ortaya çıxmış və yayqınlaşmış, həm də ailəiçi izdivacların gətirdiyi bir soyaddır. Əgər bir türk bu soyaddan istifadə edərsə, onda kişi yerinə qadın  adı qoyaraq qadından doğulduğunu göstərməlidi. Məsələn, Hüseynzadə yerinə anasının adı – Şamamazadə daha uyğundur. Bu soyad türklərin heç bir ənənəsinə uyğun deyil və onun duru ruhuna yaddır. Həm də dini inancla bağdaşlaşmayan farslardan gəlmə arxaik  soyaddır.

«Pür» - Bu soyad Azərbaycanın güneyində də çox yayqındır. Onun da səbəbi də Pəhləvi rejimi dönəmində türkləri öz kök və varlığından qoparmaq üçün bu soyadlardan istifadə edilməsidir. «Pür» sözü əslində hind mənşəlidir və «oğlu» deməkdir. Bunun da soyadı kimi istifadəsi türklərə uyğun deyil. Ona görə ki, türklərdə oğul və qız sözləri varkən bir qızın və ya oğlanın adına «pur» əlavəsi yanlışdır və  arzuedilməzdir.

«Oğlu» - Bu tamamilə türk mənşəli soyaddır, ancaq cinsi fərq nəzərə alınmalıdır.  Sadəcə kişi cinsinin soyad əlavəsi kimi istifadəsi mümkün sayıla bilər.

«Qızı» - Bu soyad şəkilçisi dilimizə uyğundur. Yalnız qadın cinslərinə əlavə edilməsi uyğundur. Məsələn, Əliqızı, Anarqızı və s.

«li»,  «lı», «lu» – Bu soyad şəkilçisi doğru görünsə də onun lu şəkili yad kimi səslənmişdir. Doğru şəkili li–lı kimidir. Soyada əlavə edilən bu şəkilçi yalnız tayfa və yer ilə bağlı mənsubiyyəti göstərə bilir. Ancaq bizim soyadlarımıza uyğundur, çünki soyadlarımızın göstəricisi kimi görünür.

«Y» - Bu soyad şəkilçisi ərəbcədən alınmış mənsubiyyət şəkilçisidir.  lı şəkilçisini əvəz edir. Məsələn, «Şərqi» «Şərqli» kimi istifadə anlamı vardır.

Heç nədən istifadə etməmək: Bu bir çox hallarda xüsusilə də əsil türk sözlü soyadlarında keçərlidi. Məsələn, - Yaşar Qaraxan, ancaq bu cür soyadı alınma adlarda keçərsizdir. Məsələn,  Məhəmməd Məhəmməd. Belə soyadları ərəb mənşəlidir və türk dil və varlığına uyğun deyildir.

 «Çi», «Çı», «Çu», «Çü» - Bu soy şəkilçiləri insanın peşə bağlılığından törəmişdir. Azərbaycan soyadına uyğundur. Məsələn, Torul Dəmirçi, Həsən Kömürçü və s.

Bütün bunlarla yanaşı bir çox saxta və qondarma əcnəbi soyad şəkilçiləri ilə də qarşı-qarşıyayıq.

«Ov», «Ova», «yev», «yeva» -  Bu soyad şəkilçisi Azərbaycanda, yəni Şimali Azərbaycanda rus işğalının nəticəsində yaranmışdı. 1813-cü ildə Şimali Azərbaycan çarlıq Rusiyasına ilhaq edildikdən sonra burada yaşayan azərbaycanlıların soyadına edilən rus kökenli şəkilçidir. Bu yad soyad şəkilçisi 70 illik sovet rejimi illərində də davam etmişdir və  türklüyün ruhuna və varlığına yabançı və zidd soyadını ifadə edir. Günümüzdə bu soyad şəkilçisi mövqeyini itirməkdədir.

Soyadlarını araşdırdıqca ulusumuzun nə kimi əcnəbi işğallarına məruz qaldığı aydın görürük. Adlarımız və soyadlarımız milli varlığımızın göstəricisidir. Türklüyümüzü qorumaq üçün əcnəbi və qondarma, həm də aşılamıyan hədəfli soyadlardan imtina məqsədyönlüdür. Bunlara «yox» deyək və ən azı adımızı və soyadımızı milli mentalitetimizə uyğun olaraq seçib qoruyaq. Çünki səni başqalarından fərqləndirən ilk öncə sənin adın və soyadındı.

Milli mentalitetimizə uyğun soyadımız, həm də boy adımızdır. Biz təbiətə bağlı bir varlıq olduğumuzdan bizdə təbiət bağlılığı çox güclüdür. Gəlin dağlarımızdan, çaylırımızdan, oba və yerləşim yerlərimizdən aldığımız adları «zadə», «y», «ov», «ova», «pür» və s. yerinə istifaə edək. Məsələn, «Qoşadağlı», «Qoşqarlı», «Qaradağlı», «Uludərəli».

«Gil», «gillər» - kimi soyadlardan da yerində istifadə etmək olar. Həsəngil/Məmmədgillərvə s.

El-obailə bağlı olanminlərlə soyadımızvar. tayfavə nəsilsoyadlarımızhamıdanzəngindir. Məsələn, Bəşirovyaovayerinə, Elbəyli, Elcanlı, Bakılı, Gəncəlivə s. istifadə edək.

Oxucularımızatəqdimetdiyimizvə tövsiyyə etdiyimizbuyazı özünə dönüşününbir əlamətidir. Əsasodurki, özümüz özvarlığımızı dərindənbaşadüşək. İşğalçı adlarındanvə soyadlarındanuzaqduraq.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.