XATİRƏ - Yaşasaydı 70-ni qeyd edəcəkdi…

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Düz deyirlər, yaxşı adamlar çox yaşamırlar…

Odur e, bu gün birinin də ad günüdür, 84-nü qeyd edəcək, amma Arif Əmrahoğlu cəmi 60 il yaşadı... 

 

Əslən Gürcüstandan idi. O qədər yaxşı adamdı ki, yaşılığından Yardımlıya da pay düşdü. O vaxt Sakit İlkinin, Ələsgər Cəfərin, Mehdi Həsənovun, Pənah Dumanoğlunun, Mehrəli Mustafanın və s. şairlərin Azərbaycan Yazıçılar Birliyinə üzv olmasında mənə təmənnasız yardım etdi…

 

Çox işıqlı adam idi. On ildir ki, aramızda olmasa da, hələ də yeri görünür…

Yaşasaydı bu günlərdə Arif Əmrahoğlunun 70 yaşı tamam olacaqdı. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.