BİR SUAL, BİR CAVAB Təranə Turan Rəhimli ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Kerriyə görə həyat yoldaşından, mal-dövlətindən vaz keçən və səfil vəziyyətdə küçədə ölən Hertsvud obrazına nə söyləmək istəyərdiniz? 

 

CAVAB

Herstvud obrazı  Drayzerin Amerika burjua əxlaqına son dərəcə kəskin tənqidi münasibətinin nəticəsi kimi yaranmışdır. Əsər ilk çap olunan vaxt çoxları Herstvudda, Druedə, Kerridə... özünü görmüşdü. Və bu "çoxları" dediyimiz kəslər ölkənin üst təbəqəyə məxsus ən nüfuzlu adamları idi. Ona görə də yazıçı elə bir hücumla qarşılanmışdı ki,  böhrana düşüb qələmini əlindən qoymuş, 10 il heç nə yazmamışdı.  Herstvuda deyiləsi sözü Drayzer kimi heç kim deyə bilməz. 

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.