“Sevgi ən gözəl uydurmadır - İnanın!” - ESSE Featured

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Banu Muharremin “Yazıstan” essesini təqdim edir. 

 

İnanmadan yaşamaq olmur. 

Biz sabaha planlar  qurarıq.

Amma  hava proqnozu heç  yanılmaz bəzən. 

Yağmur, fırtına, qara buludlar çıxar. Planlarımız suya düşər. Ən çox xəyallarımız islanar. Ertəsi gûn yuxudan oyanarıq, görərik ki, hava çox gözəldir. Hər şey yolunda, hər şey qaydasında. Dünən dünəndə qalıb, bu gün bu gün kimi davam edir.

Mən gözlərə inanaram. Sözlərə yox, hisslərə, amma bəzən heçnədən hər şey gözəl ola bilər.

Nədir bunun açıqlaması, bilmirəm. Anlaya bilmirəm. Amma deyəsən həyat özünü bizə bağışlatmağa çalışır. 

Əgər hər şey çox  pisdirsə nə itirərik ki?! 

Sirr cahiliyik hamımız.

Bəzən sadəcə inanın. Ya bir gün yağış sizə yaxşı gələcək, ya da  yağışın altında yaşadıqlarınız.

İnanmadan yaşamaq olmur.

Həyat doğru içində yalan yuxudur. O yuxular   ağ və qara rəngdən ibarət  deyil, çalarlarla  doludur.

Həyat sevgi ilə rəngarəng ola bilir. İnanmaq isə  o sevginin ən parlaq narıncısıdır. Portağal rəngi kimi.

İnsan necə sevər bilirsiz? 

Səhərlər  təndirdən təzəcə bişib çıxmış çörək qoxusu gələr, qoxusunu sevərsən. Qoxlayarsan, burnundan, sevərsən.

Suyun bir şırıltılı axışı olar, üsul-üsul. Dinləyərsən, qulağından, sevərsən.

Qışda üşüyüb qalın bir jaket geyərsən, kürəyinə istilik gələr.

İsinərsən, əllərindən, sevərsən.

Qürub çağının bir rəngi vardır - qıpqırmızı. Ürəyinin içi o rəngə boyanar. Gözlərindən, ürəyindən, sevərsən!

Sevgi ən gözəl uydurmadır - İnanın!

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.