BİR SUAL, BİR CAVAB Əkbər Qoşalı ilə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

"Uca dağ", “Xəfif meh", "Yaşıl", "Xəyal", "Əbədi"... – Əkbər bəy, bu sözlərdən istifadə edərək bizlərə poetik tüllü, zərif bir cümlə bəxş etmənizi istəsək, xahişimizi yerinə yetirərsinizmi? Böyük həvəslə o cümləni  gözləyirik.

 

CAVAB

Olmağına olar, o sözlərdən toxunmuş cümlə olar, hətta bir bənd şeir də olar)... ancaq bu bir qədər texniki həll olacaq yəqin.)

Buyurun:

 

Uca dağ başına teyləndi xəyal,

Xəfif meh sanaraq ötürdü dağlar...

Yaşıl vadilərdə saralan yarpaq,

“Əbədi can” yoxdur deyibən ağlar...

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.