BİR SUAL, BİR CAVAB Rəbiqə Nazimqızı ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Nə gəlirsə, əlimdən qapıb alır misralar,

Nə deyirəm qurtarmır, sözlərim yenə qalır.

Mənə qalır ağrını çəkib üstümə salmaq,

Məni qəmdən qurtarmaq yenə də sənə qalır. (Rəbiqə Nazimqızı)

 

Rəbiqə xanım, dərdləri misralarla bölmək qəlb ağrılarını ovudurmu?

 

 CAVAB

Əlbəttə. Yaradıcılıq istedad, intellekt, ruh hadisəsi olmaqla yanaşı həm də sublimasiya hadisəsidir. Sənətkar çox zaman neqativ hadisə və ya hisslərdən doğan mətni gözəlliyə çevirir. Ağrı sözə çevrilir və maddiləşərək içindən kənara yol tapır. Oxucu o ağrını duyur, anlayır, amma iliklərində hiss eləmir. Çünki sözə bürünüb, çılpaq deyil, həm də gözəl, mütənasib biçim alır. Bəzi mətnlər var ki, ən ağır anlarda yazılıb, bəlkə, onlar mətnə çevrilməsəydi, adamın ürəyi partlaya bilərdi. Bütün insanlarda belədi, məsələn, ağrıyanda qışqırırsan, ağlayırsansa, prosesi daha rahat keçirirsən, nəinki susanda. Ümumiyyətlə, mən sükutu sevmirəm. Təbii, əgər o sükut rahatlıqdan xəbər vermirsə...

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.