BİR SUAL, BİR CAVAB Kamran Yunis ilə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

“Vicdan haqqı"nın Yusifi  ilə Kamran Yunisin oxşarlıqları və fərqliliklərinə misal gətirsəydiniz, necə müqayisə edərdiniz?

 

CAVAB

Hamısı elə Kamrandır, oynadığım rolların hamısı mənəm, pisi də mənəm, yaxşısı da mənəm. Pisi Kamranın pis tərəfləridir, yaxşısı Kamranın yaxşı tərəfləridir. Sadəcə, Kamran insan olaraq nəfsini cilovlayıb, əxlaqının mənfi tərəfini cilovlayıb və mənfi xüsusiyyətləri atın yüyənini dartıb saxlayan kimi saxlayırıq ki, mənfi tərəflər ortaya çıxmasın. Amma bəzi insanlar o mənfi xüsusiyyətləri dartıb cilovlaya bilmirlər. Onlar nəfsini saxlaya bilməyəndə nəfsinin köləsinə çevrilir və öz nəfsinin əlində itə, rama gəlməyən ata dönüb nəfsinin qulu olur. Ali insan özündə mənfiləri yığışdırıb müsbətləri saxlayır. O ki qaldı Yusifə, Yusif hələ mənim özüməm, mənim özümdə olan dəyərli xüsusiyyətlərim Yusifdə daha çox görünür.

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.