Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Sizə "qismət", "əzəl", "nakam", "kədər", "qaranlıq" sözlərindən bir poetik cümlə qurmanızı xahiş etsək, təxəyyülünüzdən hansı cümlə doğular?
CAVAB
Hər poetik sözün öz fəlsəfəsi var. Təqdim etdiyiniz sözlər uğursuz insan modelini şəkilləndirir. Şeir nə zaman güclü olur? Əlbəttə ki, yaşantı güclü olanda. Əzəldən nakam qisməti kədərli qaranlıqlar olan şairlər öz tənhalıqlarını yaşamağa məhkumdurlar. Bu da olsun verilən sözlərə uyğun bir cümləlik ifadə.
“Ədəbiyyat və incəsənət”
(27.09.2024)