Könül, “Ədəbiyyat və incəsənət”
Bu dəfə AÇIQ PORTFEL-də sizlər üçün əhali sayı barədə əldə etdiyim statisikanı bölüşəcəm.
DÜNYA ƏHALİSİ 8,04 MİLYARDA ÇATDI
Bu 8 milyard insandan:
11%-i Avropada
5%-i Şimali Amerikada
9%-i Cənubi Amerikada
15%-i Afrikada
60%-i Asiyada yaşayır.
Əhalinin:
49%-i kəndlərdə, 51%-i şəhərlərdə yaşayır.
İnsanların danışdığı dillər:
12% Çin
5% ispan
5% ingilis
3% ərəb
3% hind
3% benqal
3% portuqal
2% rus
2% yapon dillərində,
62%-i öz dillərində danışır.
İnsanların:
-77%-i ev sahibidir.
-23%-nin yaşamağa yeri yoxdur.
-25%-i qidalanmadan əziyyət çəkir.
-87%-inin təmiz içməli suyu var.
-75%-nin mobil telefonu var.
-30%-nin internetə çıxışı var.
-7%-nin ali təhsili var.
-83% oxuyub yaza bilir.
İnsanların inancı:
-33%-i xristiandır,
-22%-i müsəlmandır,
-14%-i hindi,
-7%-i Buddist,
-12%-i digər dinlərə inanır
-12%-nin dini inancı yoxdur.
Dünyadakı insanların:
-15 yaşına çatmadan ölür: 26%-i
-15-64 yaş aralığında ölüm nisbəti: 66%
-65 yaş və daha çox yaşayanlar: 8%-i
Mənbə:
"NEW ENGLAND JOURNAL OF MEDICİNE"
20.08.2024
Bu arada mövzu ilə bağlı tanınmış sosioloq Əhməd Qəşəmoğludan mövqe bildirməyini xahiş etdik. Dünya əhalisinin nisbət faizində asiyalıların hegemonluğu, insan ömrünün gödəlməsi kimi faktorlar nəyə gətirib çıxaracaq?
Əhməd Qəşəmoğlu bildirdi ki, Asiya əhalisinin bütün dünya əhalisinin 60 faizini təşkil etməsi dünyanın ən çox əhali yaşayan iki ölkəsinin - Çin və Hindistanın burada yerləşməsi səbəbindəndir. Bu tendensiya belə də davam edəcək, yaxın illərdə əsla dəyişməyəcək.
O ki qaldı insan ömrünün gödəlməsinə, bu, ilk növbədə ekoloji faktorlarla bağlıdır, artıq SOS siqnalı çalınmalıdır.
“Ədəbiyyat və incəsənət”
(20.09.2024)