Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Bu Yaponiyada olub. Paytaxt Tokionun qəzetlərindən biri bu məzmunda elan yerləşdirir: “Valideynlər satılır: atanın 70 yaşı, ananın isə 65 yaşı var. Qiyməti 1000 yena. Bu qiymətdən 1 yena da aşağı olmaz!”.
Bu qəribə elanı oxuyanlar isə həm təəccüblənir və həm də niftətini bildirirdilər:“Gör hansı zəmanəyə gəldik. Uşaqlar artıq valideynlərini satırlar!”. Digərləri : "Hakimiyyət buna necə icazə verə bilər? Belə övladı cəzalandırmaq lazımdır!” deyirlər. Evdə, küçədə sensasiya kimi müzakirə olunan bu elan böyük səs-küyə səbəb olur.
Elanı olan qəzet həmin ərəfədə sevimli valideynlərini avtomobil qəzasında itirən və yenicə onları dəfn edən gənc bir ailənin əlinə keçir. Valideynlərini itirən ailə kədər içində idi. Amma kiminsə valideynlərini satmaq istəyi onlara hörmətsizlik və təhqir kimi görünürdü. Bu vəziyyətdə onlar valideynlərin özlərini necə bədbəxt hiss edə biləcəyini təsəvvür edirdilər. Belə uşaqlardan nə gözləmək olar? Qərara alırlar ki, həmin valideynləri alsınlar və onlara öz sevgilərini verməklə, həm də itirdikləri övlad acısı ilə az da olsa, təsəlli olsunlar.
Onlar lazım olan məbləği götürərək, qeyd olunan ünvana gedirlər. Cütlük ünvana çatdıqda ətrafı güllərlə əhatə edən dəbdəbəli bir villa görür. Onlar əvvəlcə elanda səhv olduğunu düşünürlər, amma elanı yenidən diqqətlə oxuyub əmin olandan sonra, düz gəldiklərinə inanırlar.
Qapını onların üzünə üzündə xoş təbəssüm olan yaşlı bir kişi açır. Çaşqınlıq içində olan cütlük qəzetdəki elandan, valideynlərini itirdiklərindən və yaşlı valideynləri satın almağa qərar verdiyini danışırlar. Başqa mənzərə ilə qarşılaşdıqlarından, görünür, ünvanı səhv saldıqlarına və ev sahibini narahat etdiklərinə görə bağışlanmalarını xahiş edirlər.
- Yox,yox, səhv etmirsiniz, içəri keçin! – deyə həyəcanlanmış qoca onları içəri dəvət dəvət edir. - İndi arvadımı çağıraram.
Bir qədər sonra yaşlı arvadı ilə qayıdan qoca hər şeyi izah etməyə başlayır:
- Görürsünüz, biz bu evin sahibiyik. Bizim başqa da qiymətli əmlakımız var. Amma uşaqlarımız yoxdur. Ona görə bütün bu sərvəti yaxşı insana vermək istərdik. Bunun üçün də, biz belə bir elanı vermək qərarına gəldik. Düşünürdük ki, buna ancaq ləyaqətli adam cavab verəcək. Düzünü desəm, belə bir “məhsula” alıcı tapılacağına şübhə edirdik. Arzunuz sizi şərəfləndirir, bizə isə sevinc bəxş edir. Əminik ki, əldə edərək qazandığımız hər şeyi sizə saxlaya biləcəyimiz insanlar sizsiniz.
“Ədəbiyyat və incəsənət”
(19.09.2024)