BİR SUAL, BİR CAVAB Təranə Turan Rəhimli ilə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Məndən təzə şeir xəbər alan dost,

Bəs yazın gəlməsi şeir deyilmi?!

Gəzməyə çıxanda çölün, çəmənin,

Üzünə  gülməsi şeir deyilmi?! 

(Hüseyn Arif)

 

Təranə xanım, bilirik ki, Hüseyn Arifi Ustad saymısınız, bəs Təranə xanım üçün şeir nədir?

 

CAVAB

Xalq şairimiz Hüseyn Arifin mənim ədəbi inkişafımda çox önəmli rolu olub. Dəyərli ustad tövsiyələri ilə həmişə məni daha çox yazmağa  həvəsləndirib. Yazdığım şeirləri telefondaca oxudub əsl ustad məsləhətlərini verərdi. Ana dilimizin incəliklərinə elə dərindən bələd idi ki, yerində olmayan ifadəni, sözü dərhal tutar, dəyişdirməyi məsləhət görərdi. Sözə zərgər dəqiqliyi ilə yanaşır, məndən də bunu gözləyirdi. Şeirdən təbiilik, şairdən səmimilik tələbi vardı. "Dərindən bələd olmadığın heç nə haqqında yazma" deyərdi.  Bir də "yaxşı insan olmayandan yaxşı şair də olmaz" qənaətinə məni möhkəm inandırmışdı. Bu inam sonralar çox dadıma yetdi. Şeir mənim üçün ruhun özüdür. Yazsam da, yazmasam da, o mövcuddur. Amma yazanda o ruhu hamı görür. 

 

Ədəbiyyat və incəsənət”

(17.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.