MƏNCƏ rubrikasında “Ədəbiyyat və incəsənət” tanınmış ictimai xadim Eltən Törəçinin fikirlərini təqdim edir. Siz də bir düşünün. Qol gücümü önəmlidir, ağıl gücümü?
Peşəkar idmançıları qəhrəman etmək insan oğlunun etdiyi ən böyük sarsaqlıqdır. Hamı uşaqlarının ağıl gücü ilə ucalmağını istəyir, amma qol gücü ilə seçilən adamların şəklini divarlara vurur. Guya fiziki güc ilə seçilmək çox böyük işdir? Bu, bəlli düzənlə, bəlli alışqanlıqlarla əldə edilən bacarıqlardır da. Heyvanlar da eyni nəticəni göstərir. Xoruz döyüşü, öküz döyüşü, tarakan qaçışı və sairə. Hansısa iki ayaqlı dəstəsinin topun dalınca qaçması, bir-birini yumruqlaması alqış, heyranlıq qazanmaq üçün yetərlidir. Amma laboratoriyalarda sağlığını təhlükəyə atan, yerin altını, üstünü araşdıran insanlıq adına hamımızın yaşamını asanlaşdıran tapıntılar, buluşlar (ixtiralar) edən, elm adamlarının it dəftərində adı yoxdur.
Budur aydın toplum???
“Əsəbiyyat və incəsənət”
(10.09.2024)