“Kim gördü mələk yüzlü pəri cinsi-bəşərdən?” – Şeyx İbrahim Gülşəninin kəlamları Featured

“Ədəbiyyat və incəsənət” portalı Qısa fikirlər xəzinəsində sizlərə Şərq dünyası dahilərin qiymətli fikirlərini çatdırmağı Şeyx İbrahim Gülşəninin kəlamları ilə yekunlaşdırır.

 

 

Olmayan məhbubi Həqqün bilməz adəm sirrini.

***

Bu can quşu qənət açar, məhəbbət mülkinə uçar...

***

Dur yola düş, ey könül, eşq elinə gedəlüm...

***

Dust elinə gedirəm, gəlməzmisən, ey könül?

***

Bən bu elə qərib gəldim, kimsə bilməz halum bənüm...

***

Mənsur “ənəlhəqq” deyübən sirr pərdəsin faş eylədi...

***

Həqqin qapusuna doğru gələni

Sən əgrisən deyübən sürmək olmaz.

***

Əzəl camın içən bilür əbəd sərxoşluğu nədür...

***

Eşq ilə bilişəli, əqlümə yad olmuşam...

***

Eşqdən gəlür sana nida, gəl dusta gedəlüm, könül...

***

Könül güzgüsüni əqlün pasından

Arıtmadın rəvan sildürmək olmaz.

***

Tükənməz elmi var eşqün, nəhayət yox bəyaninə...

***

Kim gördü mələk yüzlü pəri cinsi-bəşərdən?..

***

Ey könül, səndən soraram müşkülüm, həll eyləgil...

***

Eşqün məratibinə sanma nəhayət ola...

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2024)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.