“Eşq odına yananlarun külli vücudı nur olur...” – Yunus Əmrənin kəlamları Featured

 “Ədəbiyyat və incəsənət” portalı Qısa fikirlər xəzinəsində sizlərə Şərq dünyası dahilərin qiymətli fikirlərini çatdırmaqdadır. Növbədə Yunus Əmrədir.

 

 

Sənsin kərim, Sənsin rəhim,

Allah, Sana sundum əlüm,

Səndən artuq yoqdur umum,

Allah, Sana sundum əlüm...

***

Bir gəz könül yıqdın isə, bu qılduğun namaz dəgül.

***

Bu dünyədə bir nəsnəyə yanar içüm, göynər özüm –

Yigid ikən ölənlərə gög əkini biçmiş kibi.

***

Can qanadı açuq gərək uçuban Dosta getməgə.

***

Cümlə yerdə Həqq hazır, göz gərəkdür görəsi.

***

Çərxi-fələk yoğ idi canlarumuz var ikən...

***

Dünyayə gələn köçər, bir-bir şərbətin içər,

Bu, bir köpridür keçər, cahillər anı bilməz...

***

Eşq odına yananlarun külli vücudı nur olur...

***

Eşq yağmurı damlası könül gögindən tamar.

***

Eşqdən xəbər ayıtmasun kim dünya izzətün sevə.

***

Eşqsüz adəm dünyədə, bəllü bilün ki, yoqdur,

Hər birisi bir nəsnəyə sevgüsi var, aşiqdür...

***

Həqq cəhana tolıdur, kimsələr Həqqi bilməz...

***

Hər bir çiçək bin naz ilə ögər Həqqi niyaz ilə...

***

Hər qancaru baqdum isə həp görinəndür cümlə Həqq...

***

İstəməgil Həqqi iraq, könüldədür Həqqə duraq...

***

Kim bizə taş atar isə, güllər nisar olsun ana,

Çırağuma qəsd edənün Həqq yandırsun çırağını.

***

Nəfsümün başını kəsdüm, qanadlanub uçar oldum...

***

On səkkiz bin aləm xəlqi cümləsi bir içində...

***

Rəsmidürür aşiqlərün Dost yolında qurban olmaq...

***

Sən Həqqə aşiq isən, Həqq sana qapu açar...

***

Tövrat ilə İncili, Zəbur ilə Fürqanı,

Bunlardağı bəyanı cümlə vücudda bulduq.

***

Uslu dəgül, dəlüdür yücə imarət yapan,

Aqibət viran olur cümlənün imarəti.

***

Yüz Kəəbədən yegrəkdür bir könül ziyarəti.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.