“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Fikrət Zeynalov
Fikrət Hikmət oğlu Zeynalov 1995-ci il dekabrın 17-də Hacıqabul rayonunun Rəncbər kəndində anadan olub. 2013-2017-ci illərdə Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində ali təhsil alıb.
Fikrət Zeynalov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun kiçik giziri olan Fikrət Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fikrət Zeynalov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fikrət Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynal Zülfüqarlı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xüsusi təyinatlı,
Dəmir adam, daş adam.
Zəfər tariximizdə,
Əbədi yaddaş adam.
İndi bizi görürsən,
Biz də səni duyuruq.
Vətən adı gələndə,
Səni xatırlayırıq.
Xatırlayırıq indi,
Necə igid olmusan.
Doxsan üç düşmən vurub,
Qisasını almısan.
Almısan torpağına,
Göz dikənin canını.
Tarixi yurdumuzu,
Vətən gülüstanını.
Sən elə bir igidsən,
Mərdliklə yoğrulmusan.
Bir dəfə şəhid olub,
Min dəfə doğulmusan.
Günəş kimi nur saçıb,
Yayılırsan hər yana,
İgidliyin bəllidir,
Bütün Azərbaycana.
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)