Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Nəsimi, tam adı ilə Seyid İmadəddin Nəsimi XIV əsrdə yaşamış böyük Azərbaycan şairi və mütəfəkkiridir. O, Azərbaycan ədəbiyyatında özünəməxsus iz buraxmış, həmçinin fəlsəfi düşüncələri ilə geniş kütlələrin diqqətini cəlb etmişdir. Nəsimi hürufilik təliminin tanınmış nümayəndələrindən biri olmuş və bu təlimin yayılmasında mühüm rol oynamışdır.
Hürufilik nədir?
Hürufilik XIV əsrdə İran ərazisində yaranmış bir dini-fəlsəficərəyan olub, əsasən, sözlərin, hərflərin və səsin mistik mənalarınıtəfsir edir. Bu təlimin banisi Fəzlullah Nəimi olmuşdur. Hürufilərinanırdılar ki, hərflərin mistik anlamları vardır və kainatın sirri buhərflərdə gizlənir. Onlara görə, insanın özündə ilahi nur vardır vəinsan Allahın surətində yaradılmışdır. Bu təlim ənənəvi İslam təlimləri ilə ziddiyyət təşkil etdiyi üçün hürufilər bir çox yerlərdətəqibə məruz qalmış və edam edilmişdirlər.
Nəsiminin həyatı və yaradıcılığı
Nəsimi 1369-cu ildə Şamaxıda anadan olmuşdur. Onun təlimi vəyaradıcılığı hürufilik fəlsəfəsi ilə sıx bağlı idi. Şairin əsərlərindəinsanın ilahi mahiyyətinə inam, insanla Allah arasındakı əlaqə, sevgi və ölümsüzlük mövzuları geniş yer alırdı.
Nəsimi həm Azərbaycan, həm də fars dillərində yazmışdır. Onunşeirlərində hürufi fəlsəfəsinin izləri açıq-aydın görünür. Şairinməşhur qəzəllərindən birində deyilir:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam.
Bu beytdə Nəsimi insanın ilahi təbiətinə işarə edir. Onun fikrincə, insanın ruhu iki cahanı da əhatə edə biləcək qədər genişdir vəmaddi dünya ona dar gəlir.
Başqa bir beytdə Nəsimi yazırdı:
Həm sədəfəm, həm inciyəm, həşrü sirat əsənciyəm,
Bunca qumaşü rəxt ilə mən bu dükanə sığmazam.
Baxmayaraq ki, dünyanın zinyətləri çoxdur, ancaq onlardan ənqiymətlisi insanın özüdür. İnsan elə bir incidir ki, zinət əşyalarıolan dünya adlı bir dükana belə sığmır.
Bununla yanaşı bir sıra mənbələrdə rast gəldiyim məlumatlaraəsasən bildirilir ki, hürufilər üçün insan fitrəti incidən gəlir. Beləki, onların fikrincə, Allah ilk öncə ağ rəngli incini yaratmışdır ki, onun təməli torpaqdır. Sonra Tanrı inciyə böyük məhəbbətləbaxmış və bu məhəbbətin qarşısında inci əriyərək suyaçevrilmişdir. Torpaqla qarışan su quruyaraq palçıq olmuşdur vəHz.Adəmin üzündəki cizgilər görünmüşdur. Məhz buna görə də, hürufilər bildirirdilər ki, insanın simasında Allahdan işarələrmövcuddur.
“ƏnəlHəq” ifadəsi
"Ənəlhəq" ifadəsi İslam mistikası, xüsusilə sufilik və hürufiliktəlimlərində dərin mənaya sahib olan bir anlayışdır. Bu ifadə ərəbdilində "Mən Haqqam" və ya "Mən Allaham" kimi tərcüməolunur. "Haqq" burada Allahın adlarından biri kimi qəbul edilir vəədalət, həqiqət və Allahın varlığını simvollaşdırır.
Bu ifadəni ən məşhur şəkildə işlədən sufi mütəfəkkir və şair HəllacMənsur olmuşdur. Həllac Mənsur "Ənəlhəq" deyərək, insanın ilahivarlıqla birliyini və onun daxilində Allahın təzahürünü ifadəetməyə çalışmışdır. O, bu ifadə ilə insanın Allahın bir hissəsiolduğunu, yəni insanın daxilində ilahi bir qüvvə və nurun mövcudolduğunu irəli sürmüşdür.
"Ənəlhəq" ifadəsi ənənəvi İslam alimləri tərəfindən bidət (dindənsapma) kimi qiymətləndirilmiş və bu ifadəyə görə Həllac Mənsurkafir elan edilərək edam edilmişdir. Onun bu ifadəsi sufilər vəmistiklər tərəfindən isə Allah ilə insan arasındakı məhəbbətin ənyüksək ifadəsi kimi qəbul olunmuşdur.
Nəsimi də bu anlayışı qəbul etmiş və öz yaradıcılığında ona genişyer vermişdir. Nəsiminin şeirlərində tez-tez insanın ilahimahiyyətindən, Allah ilə insan arasındakı birliyindən bəhs edilir. O da Həllac Mənsur kimi insanın Allahın bir surəti olduğunu vəinsan ruhunun Allahla birləşdiyini müdafiə etmişdir.
Nəsimi "Ənəlhəq" ifadəsini fəlsəfi və poetik dildə belə ifadə edir:
Sən, özündə Haqqı bul, Haqqı özündə gör,
Haqq ilə Haqq olursan, Haqqa Haqqsız baxma.
Bu düşüncələr həm Həllac Mənsurun, həm də Nəsimininfikirlərində insanın ilahi bir varlıq kimi dərk edilməsinə əsaslanır. Onların fikrincə, insan öz daxilində Allahın nurunu daşıyır və bunuru dərk etməklə o, Haqq ilə birliyə nail ola bilər.
Nəsiminin faciəli sonu
Nəsiminin həyatı hürufilik təliminin yayılması ilə sıx bağlı olduğuüçün o da təqiblərə məruz qalmışdır. 1417-ci ildə Nəsimi Hələbşəhərində hürufilik təliminə görə edam edilmişdir. Onun faciəliölümü haqqında bir çox əfsanə və rəvayətlər yaranmışdır. Nəsiminin dərisi diri-diri soyularaq edam edildiyi deyilir, lakin o, ölüm qarşısında belə öz fikirlərindən dönməmişdir:
Zahidin bir barmağın kəssən dönüb Həqqdən qaçar, Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.
Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin, Bunca namərdi görün, bir ər qıyarlar, ağrımaz.
Bu, onun yaradıcılığının və fəlsəfi düşüncələrinin nə qədər güclüolduğunu bir daha sübut edir.
Nəsiminin şeirləri və fəlsəfəsi bu gün də Azərbaycanədəbiyyatında və mədəniyyətində böyük əhəmiyyətə malikdir. O yalnız bir şair deyil, həm də öz dövrünün sərhədlərini aşmış birmütəfəkkir və dərin ilahiyyatçı olmuşdur.
“Ədəbiyyat və incəsənət”
(30.08.2024)