Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Hara gedirsən get...
getdiyin yol sənin yolundur,
gəldiyin yol da sənin yolundur -
biri səndən gedir,
biri də sənə gedir...
əsas odur YOL olsun, hərdən gedib gəlməyə...
fərqi nədir?,
(Kamran M. Yunis)
Sevimli sənətkarımız, bəs yolumuza tikanlı kollar çıxırsa, o kollardan necə “qurtulaq" ki, canımız acımasın? Mümkündürmü?
CAVAB
Xeyr, əgər insansansa, mənəviyyatın varsa, mümkün deyil. Çünki aliliyə gedən yol tikanlardan keçir. Aliliyə gedən yol hər zaman əzablardan, ağrılardan keçir. Bir uşaq dünyaya gəlirsə, ananın ağrılarından gəlir, Sağlam ağaca qulağımızı qoysaq, o ağacın içərisində qəribə səslər eşidiləcək sanki yer yarılırmış kimi, yer aralanırmış kimi. Bu da ağacın ağrılarıdır. O ağrılar ağacın inkişafına şərait yaradır. Mümkün deyil, ağrısız- acısız, kolsuz- kossuz aliliyə gedib çıxa bilmərik. Bugünkü Kamranı var eləyən, bugünkü Kamranı Kamran kimi cüzi də olsa, mənəvi dəyərlərlə bir insan kimi var eləyən yalnız yaşadığı ağrı və acılarıdır. Allaha şükrlər olsun ki, məni bu ağrı- acılardan keçirib gətirib. Bir nöqtəyə gətirib çıxarıb, hansı nöqtədə olduğunu bilmirəm. Ağrı- acısız heç nə mümkün deyil. Çörəyi bişirmək üçün xəmir yoğurursan, bir uşağı tərbiyə etmək üçün qulağını dartırsan, arada acı söz də söyləyirsən. Hər bir şey o "ağrılı kol- kosdan" keçir.
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)