BİR SUAL, BİR CAVAB El Roman ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Qarşına çıxa biləcək ən pis düşmən, hər zaman sən özün olacaqsan, sən özün pusquda gözləyəcəksən özünü. (Nitsşe)

 

 El Roman bəy, bu fikrə münasibətiniz necədir?

 

 CAVAB

Reallıqdır ki, ən yaxın dostun da, düşmənin də özünsən. Özün özünü vurmaq üçün həmişə tətikdəsən. Həmişə istəyirsən ki, səhv edəsən, o səhvini öz içində üzünə vurasan. "Bir mən var məndən içəridə". O içindəki sən həmişə hazırdır ki, yanılasan, büdrəyib yıxılasan. Yıxılan da sənsən, yıxılanı baltalayan da. Ölən də sənsən, öldürən də.

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.