STATUS YAĞIŞI - Atanın sevinc hissi

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını yazar, pedaqoq, naşir Şəmil Sadiq üçün açır. 

Buyurun.

 

Sevinc hissi! 

Oğlum Nicat bu il Macarıstanın ELTE Universitetinin Kompyuter Elmləri fakültəsini ortalama 5 üzərindən 4,2 balla bitirdi, iki aylıq hazırlıqla IELTS-dən 8 bal yığdı və budur, magistr qəbulu gəldi: 

İngiltərə Royal Holloway, University of Londonda Süni İntellekt fakültəsi! 

 

Bəli, mən Nicatdan bir ata kimi çox razıyam. Atam da məndən razı qalmışdı…. Məni Bakıya göndərəndə demişdi ki, mənim gücüm səni Bakıda oxutmağa çatdı, sən də kişi ol, uşaqlarının xaricdə oxumasına nail ol! Bu gün mən atamın, Nicat da mənim arzularımı gerçəkləşdirdi! Nə məktəbdə oxuyanda, nə də tələbə olanda Nicat bizi incitmədi! Biz də ata-ana olaraq gücümüz çatanı etdik. Düzdür, arada anasına gileylənir ki, sən mənə məktəbə gedəndə bir manat verirdin və mən Xırdalandan şəhərə gəlib gedirdim, bəzən pulum çatmırdl. Anası Zülfiyyı xanım da bütün analar kimi özünə qarğış tökür həmin dədiqə. 

Bu gün isə çox qürurluyam, sevincliyəm, Nicatın istedadına və tərbiyəsinə görə. Düzdür, bəzən mənim kimi ataların oğullarının uğuru atasının ayağına yazılır, özü kölgədə qalır. Əminəm ki, bir gün Nicat məni kölgədə qoyacaq! 

Təhsil ən böyük yatırımdır deyib yola çıxmışıq, sözün hər mənasında! Əminəm ki, həm ailə, həm millət, həm də bəşəriyyət olaraq bundan faydalanacağıq! Bağrıma basıram, oğul!

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.