Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Şair dostlarınızdan qəlbinizə dəyən olanda sözləri silah edirsiniz, yoxsa, susqunluqda hikmət var deyib, özləri nə vaxtsa, anlayar söyləyirsiniz?
CAVAB
Mən bir az hay-küylü adamam, amma tez əsəbləşib tez də sakitləşənəm. Hirsli anlarımda hərdən özümdən asılı olmadan, hərdən də haqlı yerə sözü silah edirəm. Məsələn, hansısa şair dostuma səs tonumu qaldıranda deyir: "Elvin, olan şeydi, düzələcək də". Öz-özümə düşünürəm ki, düz deyir də, niyə coşuram ki? Əsas odur ki, kin saxlayan biri deyiləm, gedəndə qapını çırpmıram deyə, qayıdanda da ürəklə döyürəm.
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)