STATUS YAĞIŞI - Allah qəbil eləsin! Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını Sumqayıt Poeziya Evinin əməkdaşı Almaz Ərgünəş Bəyazid üçün açır. Buyurun.

 

Deyir Azərbaycanda yas mərasimində yemək qadağan edilib.

Mümkün deyil.

Ehsan xüsusi insanların biznes yeridir. Yəni öludən gördükləri xeyri dədələrindən sağ vaxtı görməyənlər var .

Sadəcə bunun bir yolu var.

Xalq özü, sadə, kasıb təbəqə özü buna əməl etsin və qarnı yırğalanan arvadlar "ay qız, ehsan vermədilər" deməsinlər.

Birinə nəyisə az verəndə "ehsan deyil ki, çox elə” deyirik. Demək, ehsan az olmalıdır.

Mənim yasımda çay, halva, limon, qənd kifayət edər.

Yasda konfet, marmelad, çərəz cahillikdir.

Sağ olsun Qubadlı camaatı, Sumqayıtda meyvəni yigisdirtdira bildi. 

Oğul istəyirəm bu bozbaşı, ləbləbini də yığışdıran ola.

Gələn imkanı olan maddi kömək etsin, olmayan da yenə sağ olsun.

Elin köməyi yer almağa, başı batmış mollaya və s. gərək olur.

Bir qonşum vardı, deyirdi ki, ölənə də qalan yeməkdi.

Cansız, ruhsuz bədən torpağın altında böcəklərin yemi olur, sənin bozbaşı basıb yeməyindən ona nə...

Hətta doğulduğun torpaqda belə bir qarış torpağın qəbir kimi satılması da faciədir.

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.