“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Kamil Məmmədov
Kamal Məmmədov Şamil oğlu 1998-ci il iyulun 30-da Balakən rayonunun Qullar kəndində anadan olub.
2004-2015-cı illərdə S.Vurğun adına Qullar kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsində təhsil alıb. Subay idi.
Kamal Məmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2019-2020-ci illərdə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Kamal Məmmədov oktyabrın 16-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Balakən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
İgidkimigetmişdin,
İgidkimiqayıtdın.
Sən özbəy otağına
Şəhidkimiqayıtdın.
Qayıtdın savaşlardan,
Evinə-eşiyinə.
Qoy anan lay-lay desin
O tabut-beşiyinə.
Şəhidin yeri bəlli,
Şəhidin taxtı bəlli.
Bəzənib bəy otağın,
Toyunun vaxtı bəlli.
Elə bil ki, toyundu,
Hamı yığışıb gəlib,
Gözlər bulağa dönüb,
Qəlblər alışıb gəlib.
Bir gecədə qar yağıb
Ananın saçlarına.
Nişanlın qara geyib,
Gəlibdir otağına.
Sən də bəylik yerinə
Bayrağı geyinmisən,
Vətənə bürünmüsən,
Torpağı geyinmisən,
Geyinmisən əyninə
Qəhrəmanlıq libası.
Bayraq, vətən boydadır
Şəhidliyin mənası.
Şəhidlər ölməzdilər,
Hamının bir sözü var.
Şuşa qayalarında
Ayağının izi var.
Sənin kimi oğullar,
Vətənə can dedilər,
Qarabağda tökülən,
Qanlara qan dedilər.
Başımızın tacısız
Nə qədər ki varıq biz.
And olsun o Bayrağa!
Sizi unutmarıq biz!
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)