BİR SUAL, BİR CAVAB Əlizadə Nuri ilə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Kim toxunub bu sözlərin könlünə,

   Bir şairin varağında ağlayır?

   O qadın da gözlərini gizləyib...

   Göz yaşları yanağında ağlayır.

 

   Sevgi sönüb tüstülənir xatirəm,

   Közü də yox, kirpiyimdə gətirəm...

    ... Saçlarını ovundurub yatıram.

    Haçan görsəm, darağında ağlayır. (Əlizadə Nuri)

 

  " Qadınlar nə istəyir?"  sualına dəyərli şairimiz Əlizadə Nuri cavab tapıbmı?

 

CAVAB

Qadınlar nə istəyir?- ən sadə biçimdə sevgi, nəvaziş, diqqət...

Kim deyibsə, yaxşı deyib: “Kişilər qadınlarda yaxşı bir keçmiş, qadınlar kişilərdə yaxşı bir gələcək arayır" 

Karyerist maraqları qoyuruq bir yana... 

Mən bir dəfə yazmışdım: bəlkə də, bir qadın təbəssümüymüş, Sonradan böyüdüb günəş ediblər... 

Bu dünyanın isinməsi həm də qadınların hesabına olur...

Qadınlar haqda bəzi kişilər tələsik qərar verir. Pələngi öldürməmiş dərisinə qiymət qoymaq trend olub sanki. Bu, yolverilməzdir!

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.