Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Kəpənək qanadlarımla,
Çəkdim dünyanın yükünü.
Payıza qatdım ömrümü,
İndi də yarpaq tökümü.
(Təranə Turan Rəhimli)
Təranə xanım, ömrünün yazı qışa dönən, yaz ömründə saralan, qönçə solan ümidini itirib qışa təslim olan "obrazlara" nə söyləyərdiniz? O cümlələr "Günəşə ümid və sevgi" yaradardı.
CAVAB
Mən bir tək mütləq tanıyıram - Allah. Qalan nə varsa, müvəqqətidir, keçicidir. Kədər, qəm, ümidsizlik, dərd... bunlar hamısı keçicidir, əbədi deyil. İnsanın ümidləri daim solmağa davam edə bilməz. Qış da daimi deyil axı. Ümid itmir, ölmür. Ümid itəndə insan son nəfəsini vermiş olur. Gələn dərdin belə başını sığallamağı öyrənmək lazımdı, çünki ömrümüzdə o da qonaqdı. Həmin obrazlara "Bütün gücünüzlə inanın, sabaha möhkəm inanın" deyərdim.
Ədəbiyyat və incəsənət”
(09.08.2024)