BİR SUAL, BİR CAVAB Əkbər Qoşalı ilə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

 “Bu - əl, bu - göz, daha nə?

  Qalan hər şey bəhanə...

  Günəş özü göylərdə,

  Nuru, nuru yerdədi.

  Eşqdi göyə qaldırır,

 Qanada inandır...

 Sevgisizlər inanmır,

 Odu, budu... yerdədi”...

(Ə.Qoşalı)

 

Əkbər bəy, ola bilməzmi ki, sevgisizlər dünənin ən güclü aşiqləri olmuş olsun?.. Bəlkə onların sevgisiz yaşayan “ölü” olmalarına səbəbkarlar, sevgi dolu qəlbləri "acımadan donduran buz adamlar"dır...

 

 CAVAB

Bu da ilginc bir təsbitdir – bir gənc yazarımızın qənaəti kimi diqqtəlayiqdir. Məncə, sevda, sevgi, eşq buzlaşa bilməz – o yandırar-yaxar – ya qarşısındakını ya da sahibini... Atəşdən köynək geyinmişlərin könlü buza dönə bilməz deyə düşünürəm. Elə bilirəm, sevgi və ağıl ayrı-ayrı kateqoriyalardır. Sevgisizlik isə həyatdan  nəsibini almamışlara aiddir – həm sevgi, həm ağıl baxımından. Bəlkə də, bu, necə deyərlər, üçüncü haldır. Belə olunca, daha çox, utancaqlıq gəlir ağla – bax, o da, münasibətlər sistemində özünü doğrultmamış, nə qarşıdakına, nə utananın özünə xeyir gətirməmiş bir haldır, davranışdır.

Sevgi konkret bir insana – sevgiliyə qarşı deyilsə belə, yenə sevgi vardır, əlbəttə; əlbəttə, kimsə onu büruzə verər, kimsə büruzə verə bilməz; yaxud hal əhli gərəkdir, onu duysun, onun könlündən keçənləri oxuya bilsin...

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.