“Ədəbiyyat və incəsənət” portalı Oxucularımızın yaradıcılığı rubrikasında sizlərə Azərbaycan Yazıçılar Birliyinin üzvüç Coşqun Xəloloğlunun şeirini təqdim edir.
ŞUŞAM, AZADSAN, AZAD.
Daha çəkmə qüssə, ah,
-Şuşam, azadsan, azad!
Güldü üzünə sabah,
-Şuşam, azadsan, azad!
Çıxdın ağır, “sərt qış”dan,
Qurtuldun, bəd qarğışdan,
Gündə yüz yol, alqışlan-
-Şuşam, azadsan, azad!
İncisən, başdan başa,
Hər qarışın tamaşa,
Arzum, - bəxtiyar yaşa,
-Şuşam, azadsan, azad!
Bax, sevinir Üzeyir,
Natəvan şeir deyir,
Cabbar nəğmə söyləyir,
-Şuşam, azadsan, azad!
Səs gəldi- Pənah xandan,
Nəvvabdan, Sadıqcandan:
-Daha olma nigaran,
-Şuşam, azadsan, azad!
Xarıbülbül sevincim,
Bulaqların bir incim,
Çox qədimim, lap gəncim,
-Şuşam, azadsan, azad!
Sən, musiqi məbədi,
Yaşa, yaşa əbədi,
Necə xoş təntənədi-
-Şuşam, azadsan, azad!
Sözüdür - igidlərin,
Mərd əsgər- zabitlərin,
Qəhrəman şəhidlərin,
-Şuşam, azadsan, azad!
Sevinir Dərbənd, Təbriz,
Zəfər çalıb ölkəmiz,
Diləyimiz tər-təmiz,
-Şuşam, azadsan, azad!
Hər dərdə var bir dərman,
Gerçəkləşdi çox güman,
Yetişdi gözəl zaman,
-Şuşam, azadsan, azad!
“Ədəbiyyat və incəsənət”
(06.08.2024)