Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Salam, əziz oxucularımız. Bu gün, sizinlə motivasiya haqqında olan biliklərimi bölüşmək istəyirəm. Biliklərimi tam olaraq elmi dildə izah etmək kimi fikrim yoxdur. Və qeyd edim ki, fikirlərim həm öz təcrübə və araşdırmalarımın məhsuludur, həm də təhsil koçlarının, təcrübəli psixoloqların məsləhətlərindən, aldığım məlumatlardan bəhrələnən fikirlərdir.
Motivasiya qazanıla biləcək duyğudur. Amma necə və nə cür?
Əsas olan budur.
Motivasiya iki-üç video ilə, iki- üç gözəl sözlər ilə qazanılan bir şey deyil. Ümumiyyətlə, iki-üç sözlə qazanılan bir duyğu necə motivasiya ola bilər ki? Səndə olmayan bir şey, bir hiss olsun, ya da başqa bir şey, əgər bu qədər çətin bir durumda iki- üç dəqiqəyə əldə olunsa idi, o zaman elə hamı ən uğurlu olardı. Hamı motivasiyaverici videolar izləyir, hamı əla sözlər eşitmək istəyir və eşidir. Amma arada heç nə yoxdur. Yenə bir müddət sonra köhnə adəti hallar təkrarlanır. Çünki o "motivasiya" adlandırılan "motivasiya" yox sadəcə insanın özünün özünü aldatması üçün olan kiçik bir qurğudur.
Amma həqiqətən də motivasiya anlayışı var. Onu qazanmaq da olur. Lakin bu belə asan yolla qazanılan bir şey deyil. Bunu qazanmaq üçün sağlam fikir, sağlam beyin formalaşdırılmalıdır. Daxilən inam formalaşmalıdır. Saxta, kimdənsə alınan, ötürülən bir şey motivasiya olmaz. Motivasiya insanın daxilində olan duyğudur. Və o duyğunu oyatmaq lazımdır. Bunun üçün də bayaq qeyd etdiyim kimi motivasiya duyğusunu öldürən nədirsə, onu tapmalı və aradan qaldırmalıyıq.
Bilirəm, bu yetəri qədər vacib məlumatlar oldu. Amma qanedici yox. Sizin ağlınızda yenə də müəyyən suallar qalmaqdadır. Onların da cavabını sizə gələn psixoloji saatda mən Nigar verəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(01.08.2024)