“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Arəstə Baxışova
Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadanolub. Arəstə Baxışovanın 2 qardaşı olub. Onun atası — baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.
Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı.
Arəstə Baxışova 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.
Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Arəstə Baxışova ölümündən sonra 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan "Florence Nightingale" medalı ilə təltif edilib.
Laylanı vətən çalır,
Yat, yuxusudaş qadın!
Saçları müharibə,
Gözləri savaş qadın!
Savaşın ortasında
İgidliyin mübarək,
Həkimliyin mübarək,
Şəhidliyin mübarək!
Sənyaralı əsgərin
Ağrısın duyan həkim.
Savaşdaigidlərə,
Şəfapaylayan həkim.
Həkimliyin yetmədi,
Sən ərkimi savaşdın?
Ana kimi vuruşdun,
Əsgər kimi savaşdın.
Kim yazıb bu savaşı,
Ömrünün ağ yerinə?
Sənə güllə atdılar
Çiçək atmaq yerinə...
Yoxdumu indi səni,
Arayan, şəhid qadın.
Saçlarını mərmilər
Darayan şəhid qadın.
Eybi yox, yaraların,
İzləridə itəcək.
Almadığın çiçəklər
Məzarında bitəcək.
Bitəcəksə savaşlar,
Bu dünyaya bir də gəl.
Taleyini bağışla,
Bu dünyaya bir də gəl.
Bir də gəl, anam qadın!
Bir də gəl, qardaş qadın!
Saçları müharibə,
Gözləri savaş qadın!
“Ədəbiyyat və incəsənət”
(31.07.2024)