Şəhidlər barədə şeirlər - Nurlan Ağakişiyev

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Nurlan Ağakişiyev

 

 Nurlan Ağakişiyev 2002-ci il iyulun 22-də Sumqayıt şəhərində Qarabağ müharibəsinin qazisi Etibar Ağakişiyevin ailəsində anadan olub. 2008-2017-ci illərdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017-2019-cu illərdə isə İdarəetmə və Texnologiya Kollecində təhsil alıb. Subay idi.

Nurlan Ağakişiyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Nurlan Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam rayonu istiqamətində sentyabrın 28-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Ağakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Ağakişiyev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Elə baxma şəkildən,

Dayanırzaman, şəhid.

Təbəssümü yandıran,

Baxışı donan şəhid.

 

Deyimsənə, biləsən,

Laçındadayanmışıq,

Müharibə bitibdi,

Qələbə qazanmışıq.

 

Qazanmışıqsən şəhid

Olduğunotorpağı!

Dalğalanır Şuşada

Azərbaycanbayrağı!

 

Elə baxma şəkildən,

Gülüşü itən şəhid,

Atası qazi şəhid,

Anası vətən şəhid.

 

Sənqələbə sevinci,

Həmdə gözyaşı oldun.

Zəfər şəhidlərinin

Kiçikqardaşı oldun.

 

Sənə sözverirəmmən:

 

Bu şəkliniböyüdüb,

Həmişə saxlayacam.

Elə baxma şəkildən,

Busaatağlayacam.

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.