“Ədəbiyyat və incəsənət” portalı dəyər yaradıcısı Eltən Törəçinin “Törəçi fikirləri” layihəsindən ilk yazısını təqdim edir.
Deməli, oxumaq sənin böyüdüyün alanda, yəni alqılarının oluşduğu, biliklər aldığın alanda sənin doğru qəlibin ortaya çıxır. Sənə böyüdüyün yer, o yerin insanın düşüncələri, sıxıntıları, istəkləri və diləkləri, o fikirlər, o düşüncə qəlibləri o alanda doğulan hər kəsə uyğun gəlir. On görə belə bir deyim var, “yurdun alın yazındır", yəni, doğulduğun yer sənin yaşamını bəlli edən, oluşduran bir yazqıdır. Deməli, sənin bir doğrun oluşur, sən başlayırsan yer üzündə biliklər əldə etməyə. Eyni bitiyi (kitabı) 10 nəfər oxuya bilər və hər kəs ordan öz istəyinə, diləyinə, anlayışına uyğun biliklər qavraya bilər. Yəni, bilik hamıya eyni cür toxunmur, eyni duyğu və düşüncə yaratmır. Hər bitiyin (kitabın), hər biliyin insanda yaratdığı düşüncə özəldir. Məncə, çox oxuyan adam yox, oxuduqlarının niyə yazıldığını anlayanlardır aydın olanlar. Və aydının önünü kəsən də, qaranlığa salan da əksinə, çox oxuyan və bu yazıları sadəcə əzbərləyən və bu yazıları sadəcə “mən oxumuşam” deyə vurğulamağa çalışan və hamının başına qaxan, əzbərlədiklərini orda-burda deyib özünü bilikli göstərməyə çalışan içi boş yarımçıqlardır. Sözümün canı odur ki, işlətmədiyiniz bilik gərəkli deyil. Yəni, bilirsənsə işlət, işlətmirsənsə demək ki, bilmirsən. Ya da işlətmədiyin biliyi öyrənib, başını boş-boş biliklərlə doldurma. Özünə bir yön, iş, cizgi, iz seç və onunla yürüyərək insanlara o yöndə yararlı, gərəkli olmağa çalış. Düşünürəm ki, hər bir adamın olayı, işi-gücü bu olmalıdır. Yəni, sadəcə özü üçün yaşayan insanlar balaca insanlardır və toplumda onlara yer yoxdur. Belə insanların toplumda yetişməsi ara-ara baş verir və bunlar çox təhlükəli, sıxıntılı adamlar olur. Biz artıq yavaş-yavaş belə insanları yetişdirməkdən vaz keçməliyik. Get-gedə biz öz duyğularımız, düşüncələrimiz, alqı və qavrayışlarımız haqqında daha çox şey bilirik. Orta əsrlərdə cızılmış bəzi humanist, qavrayışlar, cizgilər artıq dəyişməlidir. Yəni orta əsrlərdəki kitablarda yaradılmaq istəyən insan modeli, ya da quruluşu indiki topluma gərəkli deyil. Orta əsrlərdə insanlar tək idilər, Yer üzü çox boş idi. Və bir bölünmə gedirdi və dolayısıyla, birgə yaşamaq heç də gərəkli deyildi. Bilik az idi, o alqıları ayaradan insanların da bilikləri, duyğuları az idi. Gördüklərləri çox az idi. Bu gün nə qədər ağıllı oluruqsa olaq, iananın ki, İbn Sinanın, Tolstoyun, Şeksprin ölü düşüncələrini, insan modelləmələrini hələ də yaşadırıq. Məsələn, Freydi hələ də yaşadıb, qəbul edirik və bununla yaşayırıq. Mən hansısa birinizə Orta çağda hazırlanmış bir geyimi, əşyanı versəm, heç biriniz bunu işlətməzsəniz. Amma onu da o dövrün ən yaxşı ustaları hazırlayıb. Amma istənilən halda çox möhtəşəm işlər ortaya qoyulsa da bu artıq bir keçmişdir. Və sırf keçmiş olduğu üçün dəyərlidir. Amma düşüncədə bu belə deyil. Düşüncə əşya deyil. Düşüncə canlıdır. İnsanlarla birgə yaşayır, yenilənir, dönür, gəlişir. Ona görə köhnə alqılarla bu gün də yaşamaq məncə çox yanlışdır. Bu gün toplumda uşaqlar ölürsə, hansısa qaynaqlar üstündə insanlar bir-birini qırırsa, bir-birinə dəyər vermədən çoxalırlarsa, sevmədən evlənib çoxalırlarsa, uşaqların qarşında daşıdıqları məsuliyyıti anlamadan çoxalırlarsa və buna görə qaynaqların üstündə insanaır bir-birlərini qırırlarsa demək ki, bütün Yer üzündə bu günə qədər yazılmış yazıların, düşüncələrin və biliklərin hamısı elə də ideal biliklər deyil. Məsələn, deyək ki, Freyd də çoxlu kitab oxumuşdu, özü kimi yaradıcı adamların kitablarını. Ondan sonra gələnlər də Freydi oxuyub. Sonucda ortada bir ovuc oxumuş adamlar var və bu oxumuş adamlar, fərqi yoxdu, hansı ulusdan olursa olsunlar öz uluslarını işıqlandırmağa çalışırlar. Amma biz görürük ki, bütün Yer üzü çox da yaxşı işıqlandırılmayıb. Bunun da səbəbi nədir? Səbəbi odur ki, biz bax bu Orta əsrlərdəki, ya da keçmişdəki düşüncə yapılarını hələ də günümüzə daşıyırıq. Və onları əsas götürürük. Heç birimiz də demirik ki, “bu Freyd müəllim dünyadakı bütün insan tiplərini öyrənə bilməyib, bu qədər eqoizm ola bilməz, insanlar artıq başqa cür düşünə bilər”.
Biz başa düşməliyik ki, artq yeni bir insan növü yaranıb. Yəni Freydin dönəmində belə insan yox idi. Belə insan modeli olmadığına görə onların tanıdığı insan artıq dəyişib. Sizin neandertallarla bağlı yanaşma və düşüncələriniz sonucda homosapenslə eyni ola bilməz. Amma biz neynirik? Bizə sırınmış bəlli alqılar var, məsələn, bəzilərimiz hələ də geyiminə görə insanları qəbul etdiyimizi düşünürük, bəzilərimiz isə geyimə fikir vermir. Və Qərb də guya bizə göstərməyə çalışır ki, Qərbdəki iş adamları heç də geyimə fikir vermir, önəmsəmir və s.
Bu məsələlər çox qəliz məsələlərdir və mən düşünürəm ki, bununla bağlı istənilən halda danışmaq, fikir bildirmək lazımdır. Bax belə...
“Ədəbiyyat və incəsənət”
(22.07.2024)