Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
F. Dostoyevskinin "Cinayət və Cəza" kitabında belə cümlə ilə rastlaşmışdım: "Sevgidən fərqli olaraq nifrətin saxtası olmaz."
Elvin bəy, saxta sevgi və " təmiz nifrət" - hansı ifadəni seçirsiniz və niyə? Fikrinizi əsaslandırın, zəhmət olmasa.
CAVAB
Bu sualın cavabı elə istifadə etdiyiniz epitetlərdən məlumdur. Saxta sözünün özlüyündə nə qədər saxtalıq varsa, təmiz sözünün özündə də bir o qədər təmizlik var. İkiüzlü insanların sifəti kimi bu iki sifət də eyni çəkiyə gələ bilməz.
Hə, bir də ki, saxta sevgidə salamat baş saxlamaq hər adamın bacaracağı iş deyil, ancaq təmiz nifrəti oyatmaq da, qazanmaq da su içmək qədər asandır, sadəcə gərək qədərində içəsən...
“Ədəbiyyat və incəsənət”
(16.07.2024)