Şeir gücünü itirib?

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə Seçmə statuslar rubrikasında Ulucay Akifdən iqtibas etmək istədim. Mövzu aktualdır. Şeir gücünü itiribmi?

 

 

Bilmirəm, bəlkə də, mən yanılıram, amma fikir verirəm,  artıq şeir gücünü itirib insanlar üçün, artıq heç kim şeirdən güc almır, kimsə sevgisini şeirlə bildirmir sevdiyinə.

Ona görə də artıq gözəl şeirlər də çox az yazılır, şairlər öz qınına çəkilib elə bil.

Uzun illər şeirlə nəfəs almışam, içim-çölüm şeir olub daim, dünyaya daha fərqli baxmışam, daha fərqli görmüşəm hər zaman.

Və təvazökarlıqdan uzaq olsa da, çox gözəl şeirlər yazdığımı da düşünürəm, hansısa məclisdə, tədbirdə, ya sevdiyim bir adama, dosta, rahatca deyə biləcəyim əsl şeirlər.

Amma indi... indi beynimdəki misraları elə ordaca boğuram, heç birinin dalına düşmürəm, hamısı it-bata düşür beynimin bir küncündə, düşünürəm ki, kimin nəyinə lazımdı şeir?

Təxminən, dünyaya uşaq gətirmək kimi...

Düşünürəm ki, neyləyəcək bu çirkaba batmış dünyada o şeirlər, o uşaqlar?

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.