Niderlandda Azərbaycanın intellektual siması Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Onun haqqında Azərbaycan mətbuatında xeyli yazılar dərc olunub. Müəllifi olduğu analitik məqalələr də az deyil…

 

Deyir ki,- "Azərbaycan mətbuatında tənqidi yazılarla çıxış etsəm də, Niderland mətbuatında əksinə, ölkəmizi həmişə tərifləyirəm"…

Haqqında söhbət açdığım Vüqar Abbasov 1974-cü ildə Beyləqan rayonunda dünyaya gəlib. Bir il sonra ailəsi ilə birlikdə Bakının Kürdəxanı qəsəbəsinə köçüblər. Orta təhsilini 1991-ci ildə 113 nömrəli məktəbdə başa vurub. 1992 - 1997-ci illərdə Qərb Universitetinin "Sosial Siyasi İnzibatçılıq" faklütəsinin axşam şöbəsində ali təhsil alaraq, politoloq ixtisasına yiyələnib. 

Eyni zamanda, 1991 - 1993-cü illərdə müxtəlif idarə və təşkilatlarda çaılşıb. 1993 - 2008–ci illərdə isə AzTv-nin müxtəlif redaksiyalarında işləyib.

2008–ci ildən Niderland Krallığında yaşayır. 2012 - 2015 –ci illərdə Niderlandda Davinci Kollecində sosial xidmətlər üzrə təhsil alıb. Azərbaycan və Niderland jurnalistlər birliyinin üzvüdür. 2011- ci ildən Niderlandda qaçqınlarla bağlı təşkilatlardan birində hüquq yardımçısı kimi çalışır.

2015–ci ildə Niderlandda Azərbaycan diasporasının inkişafı üçün Niderlandlı həmkarlarla birlikdə “Connect” təşkilatını yaradıb və bu təşkilata rəhbərlik edir. Niderlandda yaşadığı müddətdə Hollandiya parlamentində millət vəkilləri ilə, yerli bələdiyyə başçıları, siyasət adamları ilə çoxsaylı görüşlər keçirib. Ailəlidir, iki övladı var…

 

1986-cı ildə əlaçı şagird kimi onu Artek pioner düşərgəsində istirahətə göndərirlər. Burada olarkən, başqa respublikalardan da gələn şagirdlərin dünyagörüşündəki fərqli cəhətləri görür. Bu müqaisə onda daha çox oxumaq, təhsil almaq həvəsi yaradır...

Deyir ki,- "Mirzə Ələkbər Sabirin, Üzeyir bəyin o zaman yazdıqları problemlərin çoxu bu gün də aktualdır. İstəyirəm ki, həmin gerçəkliklər öz aktuallığını itirsin. Təfəkkürdə ciddi dönüşlər olsun. İnsanlar bir-birini sevsinlər, bir-birinin uğuruna şad olsunlar"…

Mehriban, vətənpərvər və həm də zəngin dünyagörüşü olan bu insandan, xarici ölkələrə getmək istəyən soydaşlarımıza nə tövsiyəniz var, deyə soruşanda- "Xaricdə azərbaycanlıların daha çox olmasını mən də arzulayıram. Amma gələrkən qarşılarına məqsəd qoysunlar. Gəlməmişdən əvvəl yaşayacaqları dövlətin dilini öyrənsinlər ki, həmin ölkənin insanlarına tez qaynayıb qarışa bilsinlər"- söylədi…

Çox arzuları həyata keçib, bircə arzusunu hələ ki, reallaşdıra bilmir. Atası əslən Zəngəzurun Vedi rayonundan olub. Vəfat edərkən vəsiyyət edib ki, nə vaxtsa məzarının üstünə Vedi torpağndan səpsinlər…

İyunun 30-u Vüqar bəyin 50 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayırıq!

Yubileyi mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.