EKSPRESS-SORĞU - Yay tətili boyunca hansı kitabları oxumağı planlaşdırırsınız? Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

İyulun ilk günündə təqdim edəcəyim Ekspress sorğunin sualı da yayla bağlıdır: Yay tətili boyunca hansı kitabları oxumağı planlaşdırırsınız? 

Və planınızda olan kitabların seçilməsində səbəb nədir?

 

1.

Jurnalist, redaktor, şair Səddam Laçının sorğumuza cavabı;

 

-“Kitabi Dədə Qorqud”;

“Kitabi-əsgəriyə”;

“Gülüstani-irəm”;

“Aldanmış kəvakib”;

Cəlil Məmmədquluzadənin hekayələri;

Ahmet Aslan -“Fəlsəfə seriyası” - bu yay oxuyacağım kitablar siyahısındadır.

Bu kitabların seçilmə səbəbi Azərbaycan nəsrini xronoloji ardıcıllıqla mütaliə etmək və ilk nümunələri ilə tanış olmaqdır.

 

2.

Sorğumuza digər cavab isə şair xanım, iki kitab müəllifi Arzu Əyyarqızınındır.

 

-Aşıq Ələsgərin seçmələri, Aqşin Yeniseyin son çıxan kiyabı və bir neçə bədən dili, psixoloji kitablar bu yay oxuyacağım kitablar siyahısındadır.

Bu kitabların seçilmə səbəbi isə bir şair olaraq Ələsgərdən öyrənəcəyim çox şeylər var. Aqşin Yenisey isə çağdaş dövrün ən gözəl, yeni fikirlərlə zəngin şairlərindən biridir. Ramiz Rövşən kimi. Bədən dili və psixoloji kitablar isə mənim ruh rahatlığımı təmin edən kitablardır deyə onları çox sevirəm.

 

3.

Sorğumuza növbəti cavab isə   

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 

Tarix və coğrafiya fakültəsinin

Tarix müəllimliyi ixtisasının məzunu, gənc yazar Fatimə Sadıqovadandır. O da öz planlı kitab siyahısını bizlə bölüşdü.

 

-1. Səddam Laçın, “Səndən gözəl olmasın"

2. Bəxtiyar Vahabzadə, "Seçilmiş əsərləri"

3. Dilbər Axundzadə, “Müşfiqli günlər"

4. Şah İsmayıl Xətai, "Seçilmiş əsərləri"

5. Lev Tolstoy, “Uşaqlıq, yeniyetməlik, gənclik"

6. Viktor Hüqo "93-cü il"

7. Aqata Kristi "10 zənci balası"

8. Aqata Kristi "Qara qəhvə"

9. Corc Simenon "Komissar Meqre"

Bu kitabları  seçməyimin səbəbi Çağdaş Azərbaycan poeziyasının nümayəndələrinin əsərləri ilə yaxından tanışlıq və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərini mütaliə edərək dünyagörüşümü artırmaq, əsərlərin mövzularından nəticə çıxarmaq, eyni zamanda yay tətilimi səmərəli keçirməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.