Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Əziz Qulu bəy, indiki zamanın dayanacağında durub, keçmiş zamandakı itən arzularınızı xatırlayıb, gələcək zamandakı gerçəkləşmiş arzular otağına dəvət etməyə həvəsiniz varmı? Yoxsa, keçmiş keçmişdir - deyib, keçmişi gələcəyə sürümənin anlamı yoxdur - deyib, keçmişin qapısına iri bir kilid vurursunuz?
CAVAB
Qısaca belə demək istəyirəm, əvvəla, mən şeiri pıçıltı ilə deməyin tərəfindəyəm. O haqda şeirim də var və buna qayıtmaq istəmirəm.
Şeir pıçıltı ilə yazılar, şeir lal yazılar və sükutla oxunar. Qiraət də belə olmalıdır; sakit və mümkün qədər pafosdan uzaq.
Keçmişlə gələcəyə gəlincə, mənə elə gəlir ki, hər bir insan yolçudur və bu yol onun ağlı ilə ürəyi arasındakı yoldur. Hər bir adam öz ağlı ilə ürəyi arasında addımlayır. Kim hara gedir, nə qədər gedir bu artıq başqa bir şeydir.
Ədəbiyyat və incəsənət”
(01.07.2024)