Bu, son deyil, ana! - ESSE Featured

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Heç vaxt xəyalım iqtisadiyyat oxumaq olmayıb. Ümumiyyətlə 2-ci qrup istəməmişəm. Doğmalarım bilir ki, mən hər zaman hüquq istəyirdim. Amma mənim qərarımı məhz anam dəyişdirdi. Hüququn necə ağır olduğunu, gələcəyim üçün iqtisadiyyat, maliyyə-mühasibatın daha faydalı olacağını anam öyrətdi. 

Əslində, hər nə qədər narazı olsam da, dünən məzun olanda anladım ki, mənim üçün UNEC doğru qərar imiş. 

2 il hazırlıq vaxtı, üstəgəl 1 il universitet  dönəmində pandemiya oldu, 2-ci kursun ortalarından qrup yoldaşlarımı tanımağa başladım yalnız. 4 ildə bitməyən imtahanlar, “qəbul ol, oxumayacağsan” deyənləri gecə yuxusuz imtahana hazırlaşanda yad etməyim, 4 il boyunca bir dəfə belə boş durmadan sahəm üzrə bir çox yerdə könüllü, təcrübə fəaliyyətlərim, bir dönəm fəlsəfə klubunda sədr olmağım və daha nələr nələr... Bəlkə, UNEC və İqtisadiyyat xəyalım deyildi, bəlkə xəyalım olan hüquq qismətim deyildi, ancaq, UNEC düz seçim idi. 

Bu, son deyil, ana, üstümdəki əziyyətlərini heç vaxt itirməyəcəm, haqqını ödəyə bilməsəm belə gözlərinin mənə qürurla baxması üçün çalışacam.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.