STATUSLAR STATUSUnda Cavid Zeynallı Featured

Növbətçi: Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə facebook sosial şəbəkəsindən yazar Cavid Zeynallının bir postunu sizlər üçün seçdim. Post teatr mövzusundadır. 

 

Bu gün Almatı Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində bir tamaşaya baxdıq. 

Qarsiya Lorka, "Qanlı toy". 

Əvvəlcə oturmuşdum, sonra ayaq üstə baxmaq istədim. Mən çox az-az hallarda təəccüblənə bilirəm. Tamaşa o qədər böyük peşəkarlıqla və ustalıqla hazırlanmışdı ki, teatrın qarşısında otelin avtobusunu gözləyəndə kimsə belə dedi: 

-Bu tamaşa müzakirə olunmur. 

Amma sonra nə oldu? Hamı bir ağızdan heyrətini bölüşməyə başladı. 

Tamaşanın rejissoru: Dina Jumabayeva. Səhnəyə çıxmadı. Soruşdular ki, bəs rejissor hardadır? Cavab belə oldu: 

-Hardasa buralardadır. 

Hardasa buralarda e! Heyrət. Belə bir tamaşa qur, nə zala gəl, nə də sonda səhnəyə çıx.

Mən tamaşa haqqında çox şey yazaram. Amma yazmıram. İndi öz-özümə pıçıldayıram: istedad kopayoğlu şeydir. 

Başqa heç nə!

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.