“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin status-esselərini təqdim edir. Bu gün daha 4 yarpaq.
1.
Yuxudan harda oyanmağın ovqata və ruha təsiri var. Şuşada, Laçında, Ağcakənddə səhər tezdən oyanıb dupduru havanı sinənə çəkməyin rahatlığı əvəzolunmazdır. Üstəlik, ruhun pıçıldadıqları adama qol-qanad verir.
2
Nanəcib adamlar həmişə tapılacaq.
3
Kinini boğa bilmək, içinin xıltını büruzə verməmək böyük bacarıqdır.
4
Candərdi çıxış o dəqiqə hiss olunur.
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)