“Həyatda pulla alına bilməyəcək şeylərin siyahısı getdikcə daralır” - Hümbət Həsənoğludan 10 aforizm Featured

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğludan növbəti 10 aforizmi təqdim edir. 

 

1.İnsan həyatını adiləşdirən - vərdişlərdir, hər gün yeni­ləşməyə cəhd et.

2.Yalnız özün haqda düşündükdə özünlə tək olursan.

3.Alət ustanın əlində sevinər. 

4.Vaxtında narahat olmasan, rahatlıq tapmazsan.

5.Sonda dostluğunda tək Allah qalıbsa, deməli, həyatı düzgün dərk etmisən.

6.Yaltağın arzusu özünə də yaltaqlananın olmasıdır.

7.Uyğun gəlməyin hələ yerində olmağın demək deyil.

8.Çoban çomağına həmişə səsi ilə də dəstək olur.

9.Həyatda pulla alına bilməyəcək şeylərin siyahısı getdikcə daralır.

10.Səndən nəsə asılıdırsa, deməli, yaxşılıq etmək şansın var.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.