EKSPRESS-SORĞU - Mənim üç arzum Featured

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” in növbəti

 ekspress sorğu sualı: Torunuza düşən qızıl balıq üç arzunuzu yerinə yetirəcək. Arzularınız hansılardır? 

Mənim cavabım nisbətən fərqlidir, improvizasiya eləmişəm. Düşünürəm, bəyəniləcək. 

 

Əsəblərin sakitliyi üçün dəniz kənarına gedirəm və balıq tutmaq üçün tilovumu da özümlə götürmüşəm. 

Tilovu dənizə atdıqdan az sonra tilov hərəkətə gəlməyə, tərpənməyə başladı. Biraz keçmişdi, tilovu sudan çıxardım. Bu dəfə bəxtim gətirmiş və rastıma qızıl balıq çıxmışdı : 

- Ey gözəl insan, üç arzunu yerinə yetirəcəyəm, əgər ki, məni yenidən dənizə qaytarsan - deyə, söylədi. 

-Elə isə, yaxşı. O zaman birinci arzumdan başlayaq dedim. Birinci arzum belə idi: 

-"Bütün insanlara bir həftəlik çılpaq həqiqət bəxş elə". Çünki bu istəyə onların çox ehtiyacı var. Biri-birlərinə yalan danışmaqdan artıq usanmalıdırlar. Dünyanı demək olar ki, yalan öz qolları ilə biri-birinə həsrət qalan sevgililər kimi qucaqlayıb. Elə et ki, yalan danışmaq istəsələr belə bunu bacarmasınlar. Bir həftə reallıqla yaşasınlar, görək necə olur. Aydınlaşdıraq ki, reallıqla birgə yaşamağı bacaracaqlarmı, doğrudan da insanlara həqiqət lazımdır, ya həqiqətin acılığından şirin yalanın ağuşuna sığınacaqlar yenə. 

-Bəs ikinci arzu?

-İkinci arzum belədir ki, mənə daxili özümü, məni tapmağıma kömək et və bunu ağıl xəritəmə alqoritmik şəkildə yükləməyini istəyirəm. Eyni zamanda, mənim timsalımda bütün insanlara daxili mənini tapmağa kömək et, çünki insan hər nə qədər böyüsə belə yenə də qəlbində bir boşluq olur. 

Nəhayət və son olaraq, üçüncü arzumsa belə idi :

- İnsanlara məntiqli düşünmə bacarığı ver. Bu onlarda olduqdan sonra addım atmamışdan öncə düşünməyi bacaracaqlar. Bir insan yetəri qədər məntiqli düşünmək bacarığına sahibdirsə, o insan üçün hər zaman istənilən vəziyyətdən çıxış yolu vardır. Əgər ki, belə olarsa oğurluq, cinayət kimi hallar yaranmayacaq. Ata, ana öz qızı üçün ər yox, təhsil düşünəcəklər. Yaşlandıqca qocalarımız uşaqlaşmaq, daxildən çirkinləşmək əvəzinə müdrikləşərək ətrafdakılara doğru yol göstərmək barəsində düşünəcəklər. Həkim, polis, işə götürən, işə düzələn öz işlərində məsuliyyəti düşünüb dərk edib, etdikləri əməlləri cani könüldən, təmənnasız edəcəklər. Beləliklə, insanlar zamanını boş işlərə deyil də, daha faydalı, daha səmərəli işlərə sərf edəcəklər. Ən nəhayət, qısa ömürlərini daha dəyərli yaşamağı düşünəcəklər. 

Sonda qızıl balıq söylənilən arzulara "oldu" deyərək, bir andaca yerinə yetirdi. Mənsə söz verdiyim kimi onu yenidən gəldiyi yerə qaytardım...

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.