Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Demək, təkamülün belə bir xassəsi var ki, verilən şəraitə ən yaxşı uyğunlaşmağı bacaran növ, canlı həyatda qalmağı bacarır. Ana təbiətdə humanist yanaşmadan çox, daha ağıllı, daha çevik, daha güclü və adaptivlər qalib gəlməyi bacarırlar. Bir sözlə adaptiv kamuflyajlıq lazımdır. Homolar isə istifadə, taktiki gediş əmsalını təmsil edir.
Həyatda qeyri istəklərə "yox" demək mühüm elementlərdən biridir. "Yox" deməyə çoxumuz qorxuruq. Qorxuruq ki, qarşı tərəf bizdən inciyər, yaxud biz kobud təsiri bağışlayarıq. Etdiyimiz yüz yaxşılıq bir yanlış addım qarşılığında unudulmağa məhkum qalır. Əgər, özümüzün yazdığımız həyat ssenarimiz yoxdursa, o zaman başqalarının yazdığı ssenari ilə davam etməyə məcburuq. Hər zaman verilən "hə" cavabı, səni üzüyola, qeyri - ciddi görkəm modelinə bənzədir və beləliklə də, hər dəfə ifadə olunan fikir daha zəif təsirə məruz qalır. Elə bil cəmiyyətdə daha yüksəkdən, daha mübaliğəli, daha pafoslu danışdıqda daha çox diqqət cəlb edirsən və səni daha ciddi qəbul etməyə başlayırlar. Bu daha çox kollektiv iş mühitlərində belədir.
Yağmasan da guruldamağı bacarmalısan.
"Yox" cavablarına keçid etdikdə, artıq həmin şəxs və ya şəxslər sizdən daha əvvəlkitək istifadə edə bilmədikləri üçün standart olaraq "dəyişilmisən, daha əvvəlki kimi deyilsən" damğasını vurmağa başlayırlar. İnsan mühiti onsuz da dəyişkəndir. Niyə axı ürəkdən istənməyən bir şeyə təsdiq verməlisiniz və ətrafa yalançı görkəm formalaşdırmalıyıq?!
Hər dəfə verilən "necəsən?" sualına niyə yorğun olanda yorğun, xəstə olanda xəstə, pis olanda pis demirsiniz?!
“Ədəbiyyat və incəsənət”
(19.02.2024)