“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğludan növbəti 10 aforizm təqdim edir.
1.Təbiətdə hər yaradılanın möcüzə olduğuna inansan, özünü də möcüzə kimi görəcəksən.
2.Daxilən azad olmayan insana verilən xarici azadlıqlar əhəmiyyətsizdir.
3.Ən xoş ümid, kiminsə sənin haqqında düşündüyünə ümid etməkdir.
4.Fərqlilikləri görə bilən fərqli insan olur.
5.Günü yaşamırsansa, itirirsən.
6.Uçmağın xoşbəxtlik olduğunu heç bir quş toyuğa sübut edə bilməyib.
7.Əlinlə günəşi örtə bilərsən, amma bunun səndən başqa heç kimə aid olmadığını da unutma.
8.Çox düyünlər qucaqlaşmaqla açıla bilir.
9.Allah insana ağıl və danışmaq qabiliyyəti verdi, insan bunları birləşdirib yalan danışmağı kəşf etdi.
10.Həyat kitab deyil, xoşun gəlməyən səhifələri cırıb ata bilmirsən.
“Ədəbiyyat və incəsənət”
(16.02.2024)