Sənə göndərdiyim məktub - XATİRƏ

Almaz Ərgünəş Bəyazid, “Ədəbiyyat və incəsənət” üçün

 

Sənə məktub göndərirəm.

Bil ki, hələ ölməmisən.

 

Hər misrası dəyərli , hər şeiri dərin, hər şeirində üsyankar qardaşım Sabir Yüsifoğlu, bu gün Poeziya evində səndən, şeirindən danışdıq .

Səhifənə baş çəkdim. Seirlərini bir də oxudum.

Düşündüm ki, nə qədər qüdrətli varlıq hesab olunsa da, əsrlərlə hökm sürən haqsızlıqlara, ədalətsizliklərə, ayrılıqlara çarə tapmayan insan əslində cox aciz varlıqdır. 

Bəlkə də biz Yaradanın bu dünyada yaratdığı və hələ də özümüzlə çarpışan ən qanmaz usaqlarıyıq və Allah bu həyatı bizə bir oyuncaq kimi verərək -  “qırma, sındırma  bir gün onu səndən alacağam” deyib.

Bu oyuncaqlara başı qarışanlar həyatın oyunlarında cabalayarkən sən bu oyuncaqları qırdın, sındırdın.

Bax o zaman gözəl ölüm səni daha gözəl, oyunları olmayan bir dünyaya apardı, bəlkə də...

O dünyan xoş olsun, unudulmaz dostumuz, qardaşımız.

Mən hələ ki, oyunları seyr edərək sağ və salamatam.

Məktublara aid ən gözəl şeiri sən yazdın.

Bu dünyanın bir adı da kədərdir...

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.