“Mənliyimizdən uzaqlaşdıqca başqalarını yamsılamağa alışırıq” Featured

ELTƏN TÖRƏÇİDƏN DƏYƏRLİ FİKİRLƏR

 

“Ədəbiyyat və incəsənət” portalı “Çölçü” hərəkatının yaradıcısı Eltən Törəçinin dəyərli fikirlərini təqdim edir. 

 

Yaşamımızda düzən dilimizdən gələcək. Toplumu yönləndirən anlayış, qavram və düşüncə biçimlərinin adı özümüzünküləşmədən oğey düşüncələrin basqısından qurtula bilməyəcəyik, ilk addım bu gərçəyi aydınların mənimsəməsidir.

 

Törəli adamlar bir-birinə gərəkli dəyəri versələr, ortada dibsizlərə, yolaverənlərə yer qalmaz! Birlik olmadığı üçün meydan gədə-güdəyə qalıb...

 

Öz işindəki bütün xırdalıqları doğma dilində adlandırmadan, üst  biliklərə tam yiyələnə bilməzsən...

 

Adətən izlədiyimiz, dinlədiyimiz və bəyəndiyimiz paylaşımlar bizim düşüncələrimizi, seçimlərimizi, davranışlarımızı, istəklərimizi dəyişdirir və yönləndirir. 

Özümüzdən kimliyimizdən uzaqlaşaraq dəyişirik. 

Mənliyimizdən uzaqlaşdıqca başqalarını    yamsılamağa alışırıq. Sonunda özəlliyimizi,  öz baxışımızı itiririk, yaradıcı bacarıqlarımız korşalır və başqalarından aslı qalmağa başlayırıq. Başqalarının yeniliklərini izləyərək, onların yaradıcılığından bəslənərək, yaydıqları yaşam biçiminə uyğunlaşaraq yaşayırıq. Yaşamdakı yerimizi  itirir, bəlli bir dönəm sonra gücsüzlüyümüzü anlayaraq, özgüvənsizcəsinə gərəksizliyimizi alqılayır, içsəl sıxıntıların içində boğularaq yox olmağa başlayırıq.

Bunların olmaması üçün Törəmizi öyrənməli, ona uyğun yaşamaqla öz köklərimizə bağlı qalaraq irəliləməliyik.

Seçilmək, öz ad-sanımızla ucaltmaq, yaşam gücümüzü artırmaq üçün özümüzə dönməliyik.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.