QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ BİZİM HAQQ İŞİMİZDİR!
Zəhra Allahverdiyeva
“Ədəbiyyat və İncəsənət".
Şidli kəndinin özünə xas olan Novruz adəti var. Belə ki, Şidli kəndinin “baca-baca” adəti var. Burada uşaqlar da, böyüklər də bu ənənəyə sadiq idi. Uşaqlar papaqlarını götürüb gedirdilər qohum və qonşuların qapısına. Qapını döyüb papaqlarını uzadır, bayram təbriki edirdilər. Ev yiyəsi isə, qonşu olarsa, konfet və şirniyyat verərdi. Əgər ki, qohum olarsa, əlavə olaraq müəyyən məbləğ pul da qoyardı.
Papaq atmağa böyüklər gedəndə isə, ilk dəfəsində üzlərini göstərməzdilər. Qapını döyərdilər, sonra qapı açılanda yaylıq atıb , qapını çəkib bağlayardılar. Ev yiyəsi yaylıq atılanda bilərdi ki, qapısını döyən adam orta və ya çox yaşlıdır.
Soruşardı:
-Kimsiz?
-Kimlərdənsiz?
Əgər qonşu olarsa, köynək, cib dəsmalı və ya corab verərdi. Amma qohum olarsa, əlavə olaraq pul da verərdi.
Sonda görüşüb bayramlaşardılar.
“Ədəbiyyat və incəsənət”
(25.01.2024)