Varlanmaq üçün uğur formulu - REZÜME NƏDİR?

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Sizin biznes-plan həmişə qısa nəticələrdən başlamalıdır. Siz nəticəni ən axırda yazsanız belə, sıralamada 1-ci qoymalısınız. Nəticələr isə hökmən qısa olmalıdır – 1-2 səhifədən çox olmayaraq. Rezüme məstəqil sənəddir. Çünki onda bütün biznes-planın əsas müddəaları yerləşib. Bu, potensial investorların əksəriyyətinin oxuyacağı bəlkə də yeganə bölmə olacaq. İnvestor, ilk növbədə, bu informasiyanı almaq istəyəcək: kreditin ölçüsü, hansı məqsədlər üçün nəzərdə tutulan ödəmə müddəti, proyekti daha kim maliyyələşdirməyə hazırlaşır, hansı şəxsi vəsaitlər var.

Bu sizin biznes-planın həlledici hissəsidir. Biznes-planı rezüme ilə tanış olan şəxs  kənara qoyarsa, deməli, «qısa nəticələr» əsaslı olmamış və investoru maraqlandıra bilməmişdir. Qısa nəticələr oxucuya sizin biznesin təməl ideyaları və perspektivlərini tez başa düşməyə şərait yaradır, sizin planın oxunulmasına əlavə vaxt sərf etməyə dəyib-dəymədiyi qərarına gəlmək imkanı verir. Qısa nəticələrin məqsədi potensial oxucunu maraqlandırmaq və hətta «yoldan çıxarmaqdır».

Bunu etmək üçün siz biznesinizə münasibətdə olan optimizminizi oxucuya ötürməyi bacarmalısınz. Bunun üçün «şüarlardan» istifadə etməyə dəyməz. Xeyirxah, etibarlı tonla nümayiş etdirin ki, siz uğurun əldə edilməsi üçün bazarın verdiyi bütün imkanlardan istifadə etməyə hazırsınız və siz bunu bacaracaqsınız.

Rezüme sizin təklifin mahiyyətidir. Bu, artıq yazılmış biznes-planın nəticəsidir. Burada sizin biznesin mahiyyəti sadə və lakonik təsvir edilməlidir: siz nə etməyə hazırlaşırsınız, sizin gələcək məhsul (xidmət) rəqiblərinizin məhsulundan (xidmətindən) nə ilə fərqlənəcək və istehlakçılar onunla niyə maraqlanacaq, sizin layihənin reallaşması hansı xərclər (investisiyalar) tələb edəcək və onların əldə edilmə mənbələri hansılardır.

Bu yerdə mütləq gələcək (yaxın 3-5 il) satış həcmləri haqqında rəqəmli məlumatlar, mədaxil, gəlir, rentabelliyin səviyyəsi və nəhayət, bütün borc götürülmüş vəsaiti qaytara biləcəyiniz müddət (və ya başqa sözlə, qoyulan kapitalın müddəti) göstərilməlidir.

Sonrası növbəti yazıda.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.